Yuxarı

İtaliyada dünya şöhrətli modelyer haqqında filmin çəkilişinə başlanılıb

Canni Versaçenin obrazını Antonio Banderas canlandıracaq

Bakı. 21 iyul. REPORT.AZ/ Dünya şöhrətli modelyer Canni Versaçe haqqında film çəkilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 1997-ci ildə öldürülən məşhur modelyerin həyatından bəhs edən filmin çəkilişləri C.Versaçenin doğma şəhəri Reco-di Kalabriyada başlanılıb.

Filmin çəkilişləri İtaliyanın bir neçə şəhərində və məşhur modelyerin öldürüldüyü Mayamidə baş tutacaq.

Yeni ekran əsəri haqqında ilkin informasiyalar az olsa da, ekran əsərini tanınmış rejissor Bill Auqustun çəkəcəyi məlum olub. Baş rolda məşhur aktyor Antonio Banderas çəkiləcək.

C.Versaçe haqqında ekranlaşdırılacaq bədii filmin 2017-ci ildə, məşhur modelyerin ölümünün 20-ci ilində hazır olacağı nəzərdə tutulub.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi