Yuxarı

​İsveç 60-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi olub - VİDEO

Elnur Hüseynov müsabiqəni 12-ci yerdə başa vurub

Bakı. 24 may. REPORT.AZ/ Avstriyanın Vyana şəhərində keçirilən sayca 60-cı “Eurovision” mahnı müsabiqəsinə yekun vurulub.

“Report” xəbər verir ki, Azərbaycanın da iştirak etdiyi final mərhələsində əsas mübarizə İsveç, Rusiya və İtaliyadan olan ifaçılar arasında gedib.

Səsvermənin yekununda İsveç ifaçısı Mons Zelmerlyev səs çoxluğu (365 səs) ilə müsabiqənin qalibi olub. Yarışda ikinci yeri Rusiya (303), üçüncü yeri isə İtaliya (292) tutub.

Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqəni 49 səslə 12-ci yerdə başa vurub. 

Səsvermə zamanı Azərbaycana ən çox xal Çexiyadan gəlib – 12. Digər səs verən ölkələrin ardıcıllığı isə belədir: Monteneqro – 8, Malta – 8, Rumıniya -3, Moldova – 3, Litva -2, Rusiya – 3 və Gürcüstan – 10.

Azərbaycandan 8 xal İtaliyaya, 10 xal Gürcüstana və 12 xal Rusiyaya verilib.

Qeyd edək ki, təşkilatçı ölkə Avstriya 1 xal belə almayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi