Yuxarı

İslandiya "Eurovision"da Fələstin bayrağına görə cəzalandırıla bilər

​İslandiya "Eurovision"da Fələstin bayrağına görə cəzalandırıla bilər

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi (ЕВС) yarışmanın birbaşa efiri zamanı üzərində Fələstin bayrağının əksi olan bannerin nümayiş etdirilməsinə görə İslandiyaya qarşı sanksiya məsələsini müzakirə edir.

"Report" DW-yə istinadən xəbər verir ki, Fələstin bayrağı iki dəfə "Eurovision"un birbaşa efirinə düşüb.

Bayrağı İslandiyanın "Hatari" qrupu və Madonnanın truppasındakı rəqqaslar nümayiş etdirib.

ЕВС xatırladıb ki, "Eurovision" siyasi tədbir deyil və tanınmamış ölkələrin bayrağının nümayiş olunması müsabiqənin qaydalarına ziddir.

Müsabiqə İsrailin Tel-Əviv şəhərində keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi