Yuxarı
    Bağlamaq

    İŞİD-ə qoşulan repçinin ölüm xəbəri yayılıb

    ABŞ 2015-ci ilin fevralından Deso Doqqu Ən təhlükəli beynəlxalq terrorçular siyahısına salıb

    Bakı. 31 oktyabr. REPORT.AZ/ İŞİD-ə qoşulan alman repçi Deso Doqqun ölüm xəbəri yayılıb.

    "Report" xəbər verir ki, əsil adı Denis Quspert olan Deso Doqq ABŞ-ın Suriyanın Rakka şəhərinə endirdiyi hava hücumu zamanı ağır yaralanıb. Şəhər bütünlüklə İŞİD qüvvələrinin nəzarəti altında olub. Ağır yaralanan 40 yaşlı repçinin ölüm xəbəri yayılsa da, ailəsi bu xəbəri təsdiqləməyib.

    Qeyd edək ki, Deso Doqq 1975-ci ildə Almaniyada anadan olub. Atası qanalı, anası almandır. Deso Doqq onun səhnə adıdır. İŞİD-ə qoşulduqdan sonra islamı qəbul edən Denis Quspert Əbu Malik Talha əl-Almani adı ilə tanınıb. 

    Sənət həyatına 1995-ci ildə başlayan Deso Doqq 2010-cu ildə avtomobil qəzasına düşüb və kliniki ölüm keçirib. İslamı qəbul etdikdən sonra əvvəlcə Misirə, oradan da Suriyaya gedib.

    ABŞ 2015-ci ilin fevralından Deso Doqqu "Ən təhlükəli beynəlxalq terrorçular" siyahısına salıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi