İranın "Nəfəs" filminin "Oskar" mükafatına namizədliyi irəli sürülüb

İranın "Nəfəs" filminin "Oskar" mükafatına namizədliyi irəli sürülüb Film 70-ci illərdə yaşayan dörd uşağın həyatından bəhs edir
Şou-biznes
19 Sentyabr , 2017 21:00
İranın Nəfəs filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ İran istehsalı olan "Nəfəs" filmi "xarici dildə ən yaxşı film" olaraq "Oskar" mükafatına namizədliyi irəli sürülüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, film 70-ci illərdə yaşayan Bahar, Nadir, Məryəm və Kamal adlı uşaqların həyatından bəhs edir.

Rejissoru Nerges Abiyari, prodüseri Məhəmməd Hüseyn Qasımi və Abuzər Purməhəmmədi olan filmdə baş rolları Mehran Əhmədi, Pantea Penahiha, Gülarə Abbasi, Siyamək Saferi, Şəbnəm Mokaddemi və Sagi Zinəti ifa edirlər.

Son xəbərlər

Orphus sistemi