Yuxarı
    Bağlamaq

    ​Kobzon Vladimir Putinə Krımı Rusiyanın tərkibində göstərən xəritə hədiyyə edib

    Bir dəfə Avstriyada qədim əşyaların satıldığı mağazaya daxil oldum və 1804-cü ilə aid xəritə gördüm

    Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyalı müğənni İosif Kobzon prezident Vladimir Putinə Krımı Rusiya imperiyasının tərkibində əks etdirən 1804-cü ilə aid xəritə hədiyyə edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə müğənninin özü məlumat verib.

    "Bir dəfə Avstriyada qədim əşyaların satıldığı mağazaya daxil oldum və 1804-cü ilə aid xəritə gördüm. Xəritədə Krım Rusiya imperiyasının tərkibində göstərilmişdi. Mən həmin xəritəni Vladimir Putinə hədiyyə etdim", - deyə Kobzon bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi