Yuxarı
    Bağlamaq

    Xalq artistinin vəkili: "İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır"

    Mən bu məsələni belə qoymayacam

    Bakı. 26 fevral. REPORT.AZ/ "İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır. O, İlhamə Quliyevanın yeyib-içdiklərinə müxtəlif dərmanlar qatmasaydı sənətkar 80-il də yaşayardı".

    "Report" xəbər verir ki, bunu İlhamə Quliyevanın vəkili Elmira Məmmədova jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, İlhamə Quliyeva ilə bağlı məhkəmə prosesini davam etdirəcək: "Mən bu məsələni belə qoymayacam. Məndə elə faktlar var ki, onları ictimaiyyətə açıqlaya bilmərəm, amma istintaqa vermişəm".

    Vəkil qeyd edib ki, Mehriban Hüseynovaya haqq qazandıranlar istintaqa təqdim olunan faktlarla tanış olsalar, fikirlərini tamamilə dəyişərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi