Yuxarı
    Bağlamaq

    İki məşhur rəqs qrupu Heydər Əliyev Sarayında konsert verəcək

    Konsertlər iyunun 22-si və 26-da olacaq

    Bakı. 1 iyun. REPORT.AZ/ Heydər Əliyev Sarayında növbəti konsert proqramları iyunun 22-si və 26-da olacaq.

    "Report" xəbər verir ki, bu dəfə sarayın səhnəsində iki məşhur rəqs qrupu çıxış edəcək.

    İyunun 22-də Alla Duxovanın rəhbərlik etdiyi "Todes" Baleti "Attention" adlı konsert proqramı ilə Bakının qonağı olacaq.

    İkinci konsert isə "RHYTHM of the DANCE" qrupunun ifasında olacaq. "Back to our İrish Roots" (İrland köklərimizə qayıdış) adlı konsertdə rəqs qrupu maraqlı proqramla çıxış edəcək.

    Hər iki konsertin biletləri 10-50 manatdan satışa çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi