İbrahim Tatlısəs reanimasiyadan palataya köçürülüb

İbrahim Tatlısəs reanimasiyadan palataya köçürülüb Sənətçi şəxsi İnstaqram səhifəsində yaxşı olduğunu bildirib
Şou-biznes
25 Mart , 2015 10:34
İbrahim Tatlısəs reanimasiyadan palataya köçürülüb

Bakı. 25 mart. REPORT.AZ/ ABŞ-da beyin əməliyyatı olan Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs nəhayət ki, reanimasiyadan palataya yerləşdirilib.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəsin vəziyyəti yaxşıdır.

Bu barədə məlumatı şəxsi İnstaqram səhifəsində müğənninin özü paylaşıb.

Ağır əməliyyat keçirdiyini bildirən İbrahim Tatlısəs, hazırda yaxşı olduğunu və sevənlərinin duaları sayəsində sağ-salamat qaldığını vurğulayıb. Reabilatisa dövründən sonra Vətənə qayıdacağını deyən İbrahim Tatlısəs Fransada təyyarə qəzasında həlak olanların ailə üzvlərinə də, başsağlığı verməyi unutmayıb.

Türkiyə mətbuatının yazdığı digər xəbərdə deyilir ki, İbrahim Tatlısəs yaxın dostu, aktyor Aydəmir Akbaşla telefonla söhbət edib. Söhbət əsnasında Türkiyədə baş verən hazırki siyası vəziyyət, keçirilən Novruz bayramı şənlikləri ilə maraqlanan İbrahim Tatlısəs sevimli idman klubu Fənərbaxça barəsində ən son məlumatları soruşub.

Qeyd edək ki, ki, İbrahim Tatlısəs martın 9-da Mayamidə beynindən əməliyyat edilib.  5 saat sürən ağır əməliyyatdan sonra İ.Tatlısəsin başından 10 mm-lik sümük çıxarılıb. 

 Hazırda İbrahim Tatlısəs özünü normal hiss edir. Oğlu İdo Tatlısəsin köməkliyi ilə yeriməyə başlayan İbrahim Tatlısəsin nitqi düzəlib və telefonla danışa bilir.

Son xəbərlər

Orphus sistemi