Yuxarı

Maykl Ceksonun şərəfinə Hindistanda heykəl ucaldılıb

Heykəlin ümumi çəkisi 3,5 tondur

Bakı. 8 aprel. REPORT.AZ/ Hindistanın Çennai şəhərində məşhur müğənni Maykl Ceksonun heykəli ucaldılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb. Heykəlin üzərində 6 heykəltəraş çalışıb.

Maykl Ceksonun heykəlini onun pərəstişkarı sifariş verib. Onun sözlərinə görə, bu heykəlin Maykl Ceksonun yaşadığı malikanənin həyətində ucaldılmasını istəyib. Bu barədə məşhur ulduzun ailəsinə məktub yazan fanatı M.Ceksonun ailəsindən cavab gəlmədiyini görüb, heykəli doğma şəhərində ucaldıb.

Heykəlin açılışında Hindistanın tanınmış aktyorları çıxış edib, Maykl Ceksonun şərəfinə hind rəqsləri ifa ediblər.

Qeyd edək ki, heykəlin ümumi çəkisi 3,5 tondur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi