Hollivud ulduzu Harrison Ford qəzada ciddi xəsarət alıb

Hollivud ulduzu Harrison Ford qəzada ciddi xəsarət alıb Həkimlər aktyorun vəziyyətini "orta ağır" olaraq qiymətləndirir
Şou-biznes
6 Mart , 2015 06:02
Hollivud ulduzu Harrison Ford qəzada ciddi xəsarət alıb

Bakı. 6 mart. REPORT.AZ/ Tanınmış Hollivud aktyoru Harrison Ford kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ciddi xəsarət alıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, həkimlər aktyorun vəziyyətini "orta ağır" olaraq qiymətləndirir.

Bildirilir ki, 72 yaşlı H.Fordun özünün idarə etdiyi təyyarə, Los Anceles şəhərinin ətrafındakı qolf meydançalarından birinə təcili eniş edib. 

Qəzadan bir müddət əvvəl, aktyor dispetçerlərlə əlaqə saxlayaraq, təyyarənin mühərrikində problem yarandığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi