Yuxarı

Gəncə sakinləri üçün “CinemaPlus Khamsa" kinoteatrında xüsusi aksiya olacaq - VİDEO

Biletlərin qiymətində dəyişiklik olacaq

Bakı. 28 iyun. REPORT.AZ/ “CinemaPlus Khamsa" premium kinoteatrı iyunun 29-da “Səviyyəli oğlanlar” kriminal komediya filminə endirim aksiyası keçirəcək.

“Report”un xəbərinə görə, kinosevərlər üçün xüsusi paketlər təqdim olunacaq. Belə ki, 18:00-dan əvvəl nümayiş olunan seanslara popkorn+içki+bilet 4 manat, 18:00-dan sonra nümayiş olunan seanslara isə popkorn+içki+bilet 6 manat olacaq.

Şeyn Blekin rejissorluq etdiyi filmdə baş rollarda Rayan Qoslinq, Rassel Krou, Kim Besinqer, Enqauri Rays və Mett Bommer çəkiliblər.

Filmin mövzusuna gəlincə, incə pıtrağ kobud sümükqıranın dostu olarsa nə olar? Muzdlu mühafizəçi Cekson Hili və şəxsi xəfiyyə Holland Març əsrin cinayətinə çevrilmiş itmiş qız haqqında cinayət işi açmaq üçün məcburən birlikdə işləməlidirlər. Hər birinin öz fərdi metodu olduğu halda, görəsən, onlar çətin rebusu həll edə biləcəklərmi?..

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrı açılıb. Kinoteatr Nizami küçəsi, 8 ünvanında “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir. “CinemaPlus” isə Azadlıq prospekti, 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində fəaliyyət göstərir.

Ətraflı məlumat üçün “CinemaPlus”un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləmək mümkündür.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi