Yuxarı

FTB Bred Pittə qarşı ittiham irəli sürməyəcək

Uşaqlarının biri ilə pis rəftar etməsi barədə məlumat yoxlanıldıqdan sonra ona qarşı ittiham irəli sürülməməsinə və bu işin bağlanmasına qərar verilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Məşhur amerikalı aktyor Bred Pittin uşaqlarının biri ilə pis rəftar etməsi barədə məlumat yoxlanıldıqdan sonra ona qarşı ittiham irəli sürülməməsinə və bu işin bağlanmasına qərar verilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Federal Təhqiqatlar Bürosundan bildiriblər.

Bundan əvvəl məsələni araşdıran Los-Anceles Ailə və Uşaq Departamentinin əməkdaşları eyni nəticəyə gəliblər.

Qeyd edək ki, məşhur Hollivud aktyoru bu ilin sentyabr ayında Fransadan Los-Ancelesə uçan özəl təyyarənin göyərtəsində baş vermiş mübahisə zamanı 15 yaşlı oğlu Meddoksla kobud rəftar etməkdə günahlandırılırdı. 

Xatırladaq ki, bu ilin sentyabr ayında B.Pittin həyat yoldaşı Ancelina Coli fikir ayrılıqlarına görə boşanma ərizəsi verib. O, altı uşağının təlim-tərbiyəsiylə təkbaşına məşğul olmaq üçün müstəsna hüquq almaq istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi