Fransanın tanınmış modelyeri vəfat edib

Fransanın tanınmış modelyeri vəfat edib Sonya Rikel Paris modasının əfsanəsi sayılırdı
Şou-biznes
25 Avqust , 2016 17:45
Fransanın tanınmış modelyeri vəfat edib

Bakı. 25 avqust. REPORT.AZ/ Fransanın tanınmış modelyeri, Paris modasının əfsanəsi sayılan dizayner Sonya Rikel vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, S.Rikel 1930-cu ildə Parisdə, Rusiyadan Fransaya köçmüş yəhudi ailəsində doğulub.  

17 yaşından moda ilə məşğul olan S.Rikeli ilk dəfə 1962-ci ildə hamilə xanımlar üçün yun köynəklərin dizaynini verib. O, "Trikotajın kraliçası" adlandırırdılar. Karyerası boyunca çoxlu dəfilələri nümayiş edilən modelyer son illər parkinson xəstəliyindən əziyyət çəkirdi.

Son xəbərlər

Orphus sistemi