Yuxarı

Flora Kərimova: "Yenidən səhnəyə çıxmaq istəyirəm"

Flora Kərimova: "Yenidən səhnəyə çıxmaq istəyirəm"
Gün keçdikcə özümü daha da yaxşı hiss edirəm

Bakı. 6 fevral. REPORT.AZ/ Bir müddət əvvəl gözündən əməliyyat olunan Azərbaycanın məşhur estrada müğənnisi, xalq artisti Flora Kərimovanın səhhətində irəliləyiş var.

Bu barədə "Report"a sənətçi özü məlumat verib.

"Hər şey qaydasındadır. Gün keçdikcə özümü daha da yaxşı hiss edirəm. Yenidən səhnəyə çıxmaq istəyirəm. Ancaq təəssüf ki, televiziyalar məni efirlərə dəvət etmirlər", - deyə, o, əlavə edib.

Qeyd edək ki, xalq artistinin əməliyyat olunmasına səbəb insultdan sonra yaranan görmə zəifliyi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi