Flora Kərimova yeni klipinin təqdimatını keçirib

Flora Kərimova yeni klipinin təqdimatını keçirib Xalq artisti: "Nə zaman bu klipə tamaşa etsəniz, bu mahnını dinləsəniz, məni xatırlayarsınız"
Şou-biznes
3 İyun , 2015 15:42
Flora Kərimova yeni klipinin təqdimatını keçirib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanın xalq artisti Flora Kərimovanın “Səni gözləyəcəm” adlı yeni mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, mahnının musiqisi Sevinc Tofiqqızına, sözləri deputat Qənirə Paşayevaya aiddir. 

Klipin rejissoru Nail Naiboğlu, operatoru Emin Hüseynovdur. Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri də iştirak edib.

Tədbir klipin nümayişi ilə başlayıb. Musiqi müəllifi Sevinc Tofiqqızı və Flora Kərimova mahnı haqda fikirlərini bölüşüblər.

Mahnının söz yazarı, deputat Qənirə Paşayeva təqdimatda iştirak edə bilməsə də, F.Kərimova onun ünvanına xoş sözlər deyib. 

F.Kərimova qeyd edib ki, bu klip onu sevənlərə hədiyyədir: "Bu məndən sizlərə hədiyyə olsun. Nə zaman bu klipə tamaşa etsəniz, bu mahnını dinləsəniz, məni xatırlayarsınız".

Son xəbərlər

Orphus sistemi