Yuxarı

Filippinlilər Madonnanı ölkə bayrağını təhqir etməkdə ittiham edib

Filippin rəsmiləri müğənnini ölkəyə girişinə qadağa qoymaqla hədələyib

Bakı. 2 mart. REPORT.AZ/ Filippinli rəsmilər məşhur amerikalı müğənni Madonnanı ölkə bayrağını təhqir etməkdə ittiham edib və onu ölkəyə girişinə qadağa qoyulacağıyla, promoturlarını isə deportasiyayla hədələyib.

"Report" NME-yə istinadən xəbər verir ki, Filippin Milli Tarix Komissiyasının Heraldika bölməsinin rəhbəri Teodoro Atiensa deyib ki, müğənninin ölkə bayrağını geyim kimi istifadə etmək və onun bir fraqmentini kostyumda əks etdirməklə bağlı Filippin qanunlarını pozub.

Qeyd edək ki, ötən ay adıçəkilən ölkənin paytaxtı Manilada keçirilmiş konsertdə Madonna səhnəyə Filippin bayrağını üzərinə ataraq çıxmışdı. Atiensanın sözlərinə görə, konsert zamanı bayraq zaman-zaman döşəməyə dəyirdi ki, bu da daha bir qanun pozuntusudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi