Yuxarı

Filipp Kirkorov Bakıda yeni şou proqram təqdim edəcək - VİDEO

Filipp Kirkorov Bakıda yeni şou proqram təqdim edəcək

Rusiyanın xalq artisti Filipp Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

"Report"un məlumatına görə, "#Цвет Настроения" ("#Əhvalın rəngi") adlı konsert proqramı oktyabrın 30-31-də Bakı Konqres Mərkəzində baş tutacaq. 

Rusiyalı müğənni bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 iştirakçı və 3D qrafikalı ekranlarla şou proqramını təqdim edəcək. Proqramda yeni hitlər, yeni tərzdə köhnə hitlər səslənəcək. Konsertin əsas hiti isə "Цвет настроения синий" ("Əhvalın rəngi göydür") adlı mahnıdır. 

F.Kirkorov Azərbaycandakı pərəstişkarları üçün bir çox sürprizlər də hazırlayıb, amma onların detalları konsertə yaxın açıqlanacaq. 

Konsertə biletləri Bakıdakı bütün kassalardan, həmçinin iTicket saytından almaq mümkündür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi