Yuxarı

Filip Kirkorov dinləyicilərindən üzr istəyib

Filip Kirkorov dinləyicilərindən üzr istəyib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Rusiyanın xalq artisti Filip Kirkorov və Nikolay Baskov qalmaqallı "İbiza" klipi üçün üzr istəyib.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, sənətçilər Kanye Uestin “I Love it” klipinin parodiyası vasitəsilə dinləyicilərindən üzr istəyiblər.

Qeyd edək ki, klip sosial şəbəkələrdə sərt tənqid olunub. Ekran işində qeyri-etik hərəkətlərin olması dinləyiciləri qıcıqlandırıb. Klipdə həmçinin Andrey Malaxov, Sergey Şnurov, Alisa Lobanova kimi məşhurlar rol alıblar.

Tənqidçilər bütün bunları xalq artisti adına yaraşmayan hərəkətlər hesab edirlər.

Xatırladaq ki, klip bir gün ərzində 10 milyondan çox izlənilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi