Yuxarı

"Fəlakət" komediyasının Şəki və Mingəçevirdə təqdimatı keçirilib - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Şəki və Mingəçevir şəhərlərində "Cinemazadeh" studiyasının istehsalı olan "Fəlakət" komediyasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, "CinemaPlus"un "ASAN həyat" kinoklubunun Şəki və Mingəçevir filiallarında baş tutan mərasimdə filmin baş rolunda çəkilən Elşən Orucov iştirak edib.

Aktyor tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf verib.

Ekran işinin baş prodüseri Cəfər Axundzadə, prodüser Məmməd Məmmədov, rejissor Emil Quliyev, operator Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssam Arif Niftiyev, ikinci rejissor Çingiz Həsənov, geyim üzrə rəssam Olqa Şabanova, qrim üzrə rəssam Polina Tkaçenko, art direktor Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüser Azər Aydəmirdir.

Kinoda Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

Filmin süjet xəttinə əsasən, Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılıb. Bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı! Qeyri-adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı? 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi