​"Eurovision-2015"i izləyən tamaşaçıların sayı açıqlanıb

​"Eurovision-2015"i izləyən tamaşaçıların sayı açıqlanıb Yarışın finalını izləyən tamaşaçıların 44,8%-i 15-24 yaş arası yeniyetmə və gənclər olub
Şou-biznes
3 İyun , 2015 16:16
​Eurovision-2015i izləyən tamaşaçıların sayı açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada keçirilən "Eurovision" mahnı yarışmasını 197 milyon tamaşaçı izləyib.

"Report" xəbər verir ki, bu haqda Avropa Yayım İttifaqı məlumat yayıb.

Bu, rekord saydır. Mütəxəssislər bunu idmanla əlaqəsi olmayan möhtəşəm "televiziya hadisəsi" kimi dəyərləndiriblər.

"Mayın 19, 21 və 23-də birbaşa yayımı 40 ölkədən 197 milyon tamaşaçı izləyib. Bu rəqəm 2014-cü ildəkindən 2 milyon nəfər çoxdur. Müsabiqənin finalını tamaşaçıların ümumi sayının 39,6%-i izləyib", - Avropa Yayım İttifaqından bildirilib.

Finalı izləyən tamaşaçıların 44,8%-i 15-24 yaş arası yeniyetmə və gənclər olub.

Son xəbərlər

Orphus sistemi