"Eurovision-2017" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

"Eurovision-2017" mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb Rusiya yarışda iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək
Şou-biznes
31 Oktyabr , 2016 14:05
Eurovision-2017 mahnı müsabiqəsində iştirak edəcək ölkələrin adları açıqlanıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı yarışmasında iştirak edəcək ölkələrin adları açıqlanıb.

"Report" yarışmanın rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə qatılacaq 43 dövlət arasında Azərbaycan da var.

Krımın ilhaqı və Ukraynanın şərqindəki separatçı fəaliyyətə görə Ukrayna ilə qarşıdurmada olan Rusiya yarışmada iştirak etmək üçün təmsilçisini Kiyevə göndərəcək. Türkiyə bu il də "Eurovizion"da iştirak etməyəcək.

Xatırladaq ki, 2017-ci il mayın 9 və 11-də yarışmanın yarımfinalı, mayın 13-də isə finalı keçiriləcək. İsveçin Stokholm şəhərində keçirilən "Eurovison-2016"-nın qalibi "1944" mahısı ilə Ukrayna təmsilçisi Camala olub. 

Son xəbərlər

Orphus sistemi