Yuxarı

"Eurovision" müsabiqəsinin İsraildə keçirilməsi borclara görə təhlükə altındadır

© РИА Новости / Владимир Астапкович

Bakı. 26 iyul. REPORT.AZ/ İsrail "Eurovision-2019" mahnı müsabiqəsinə ev sahibliyi hüququnu itirmək təhlükəsi altındadır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, buna səbəb İsrailin milli yayım şirkəti olan "Kan" telekanalının beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalı olmasıdır.

Məlumata görə, hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra "Eurovision" təşkilinə məsul olan "Kan" telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu qeyd edib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin "Kan" kredit şərtlərini rədd edib və üstəlik, bu il üçün büdcənin artırılmasını tələb edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi