Yuxarı

"Eurovision" mahnı müsabiqəsində səsvermənin qaydalarında dəyişiklik edilib

Təşkilatçılar bunun müsabiqəyə əlavə rəqabət qazandıracağını düşünür

Bakı. 18 fevral. REPORT.AZ/ "Eurovision" mahnı müsabiqəsində səsvermənin qaydalarında dəyişiklik edilib.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu ildən etibarən peşəkar jüri və televiziya tamaşaçıları ayrı-ayrılıqda xal verəcək.

Belə ki, indi müsabiqə iştirakçıları çıxışlarını başa vurandan sonra bütün ölkələr peşəkar münsiflər heyətinin xallarını elan edəcək. Bundan sonra xallar televiziya tamaşaçılarının səsləriylə toplanacaq.

Bu qiymətləndirmə sistemi böyük finalda olduğu kimi, yarımfinallarda da tətbiq ediləcək. Ənənəvi olaraq hər yarımfinaldan 10 ölkə böyük finala vəsiqə qazanacaq.

Xatırladaq ki, əvvəllər münsiflər heyəti və tamaşaçıların fikirləri yekun cəmdə öz əksini tapırdı. Hər iki tərəfin 50%-lik payı var idi. Təşkilatçılar dəyişikliyin müsabiqəyə əlavə rəqabət qazandıracağını düşünür.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsi bu il 10-14 may aralığında İsveçin paytaxtı Stokholmda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi