Yuxarı

"Eurovision-2018" müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb

"Eurovision-2018" müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb
Şouya ilk biletlərin satışı noyabrın 30-da başlanacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinə qatılan ölkələrin sayı 43-ə çatıb.

Bu barədə "Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

Ötən həftə Avropa Yayım Birliyi mahnı müsabiqəsinə 42 ölkənin qatılacağını açıqlasa da, Makedoniyanın hesabına siyahıda artım baş verib.

"Eurovision-2018" müsabiqəsinə, həmçinin Azərbaycan, Albaniya, Avstriya, Avstraliya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya qatılacaq.

Bundan əlavə, təşkilatçılar noyabrın 30-da şou üçün ilk biletlərin satışa çıxarılacağını elan ediblər. Qiymətlər 35 avrodan başlayacaq. Bilet satışının ikinci mərhələsi 2018-ci ilin əvvəlində baş tutacaq.

Qeyd edək ki, "Eurovision-2018" müsabiqəsini təşkil etmək hüququna bu il Kiyevdə keçirilən yarışmanı qazanan Salvador Sobralın təmsil etdiyi Portuqaliya sahib çıxıb. Salvador Sobrala doğma dildə oxuduğu "Amar pelos dois" lirik mahnısı qələbə qazandırıb.

Xatırladaq ki, Azərbaycanı 2018-ci ildə keçiriləcək müsabiqədə müğənni Aysel Məmmədova təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi