Yuxarı
    Bağlamaq

    "Eurovision-2017" müsabiqəsinin Təşkilat Komitəsinin bir neçə üzvü istefa verib

    Avropa Yayım Birliyi məsələ ilə bağlı bəyanat yayıb

    Bakı. 14 fevral. REPORT.AZ/ Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin bir neçə üzvü istefa verib.

    "Report" xəbər verir ki, işlərindən ayrılanlar icraçı prodüserlər Viktoriya Romanova və Aleksandr Xarebin, kommersiya direktoru İrina Asman, təşkilatçı menecer Denis Bloşinski və təhlükəsizlik şöbəsinin rəhbəri Aleksey Karabandır.

    Avropa Yayım Birliyi məsələ ilə bağlı bəyanat yayaraq adları çəkilən şəxslərə işin təşkilindəki səylərinə görə, minnətdarlığını bildirib, həmçinin artıq razılaşdırılmış işlərin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Qeyd edək ki, builki müsabiqə 9, 11 və 13 may tarixlərində Kiyevdə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi