Yuxarı

“Eurovision-2017” müsabiqəsinin püşkatmasının tarixi açıqlanıb

“Eurovision-2017” müsabiqəsinin püşkatmasının tarixi açıqlanıb
Beynəlxaql mahnı yarışması 2017-ci il mayın 9 və 11-də Kiyevdə keçiriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin püşkatması yanvarın 31-də Ukraynanın paytaxı Kiyevdə keçiriləcək.

“Report” xəbər verir ki, püşkatma nəticəsində finalda yarışacaq iştirakçı dövlətlərin çıxış sırası müəyyən ediləcək.

Qeyd edək ki, mahnı müsabiqəsi 2017-ci il mayın 9 və 11-də Kiyevdə keçiriləcək. Bu il Azərbaycanı yarışmada Diana Hacıyeva təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi