Yuxarı

"Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub

Müsabiqənin keçirilməsi hüququ uğrunda Kiyev, Dnepr və Odessa şəhərləri mübarizə aparıb

Bakı. 9 sentyabr. REPORT.AZ/  61-ci "Eurovision-2017" müsabiqəsi Kiyevdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Televiziya Şirkətinin (NTU) xüsusi iclasında qəbul olunub. 

Müsabiqə Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. 

Qeyd edək ki, ötən il Stokholm şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanı təmsil edən müğənni Camala olub. O, Krım tatarlarının deportasiyasından bəhs edən “1944” mahnını ifa edib.  Müsabiqənin keçirilməsi hüququ uğrunda Kiyev, Dnepr və Odessa şəhərləri mübarizə aparıb.

Müsabiqə 2017-ci il mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi