Bakı. 5 may. REPORT.AZ/ Stokholmda keçiriləcək "Eurovision-2016" üçün Azərbaycanın milli münsiflər heyətinin tərkibi açıqlanıb.
"Report" xəbər verir ki, münsiflər heyətinin tərkibinə tenor Fərid Əliyev, dirijor Eyyub Quliyev, baletmeyster Təranə Muradova, müğənni Brilliant Dadaşova və rejissor Gülçöhrə Şəfiyeva daxil edilib.
Qeyd edək ki, hər bir ölkəyə verilən xallar teletamaşaçılar və münsiflər heyətinin 50:50 prinsipi ilə səsverməsi nəticəsində müəyyən edilir.
Xatırladaq ki, bu il müsabiqədə Azərbaycanı "Miracle" (Möcüzə) mahnısı ilə Səmra Rəhimli təmsil edəcək. O, ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək.