Yuxarı

"Eurovision-2016"da Azərbaycandan səsvermənin yekun nəticələrini tanınmış teleaparıcı təqdim edəcək

Bu gün müsabiqənin finalı keçieiləcək

Bakı. 14 may. REPORT.AZ/ Avropa Yayım Birliyi Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan səsvermənin yekun nəticələrini elan edəcək şəxsin adını açıqlayıb.

"Report" xəbər verir ki, səsvermənin nəticələrinin tanınmış azərbaycanlı teleaparıcı Tural Əsədov təqdim edəcək.

Qeyd edək ki, bu gün Stokholmda "Globe Arena"da "Eurovision-2016" müsabiqəsinin finalı keçiriləcək.

Azərbaycanı yarışmada təmsil edən Səmra Rəhimli "Miracle" (Möcüzə) mahnısı ilə 4-cü çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi