Ərdoğan tanınmış aktyorun vəfatı ilə əlaqədar başsağlığı verib

Ərdoğan tanınmış aktyorun vəfatı ilə əlaqədar başsağlığı verib “Usta aktyor hər zaman sevgi və ehtiramla yad ediləcək”
Şou-biznes
1 Aprel , 2017 13:05
Ərdoğan tanınmış aktyorun vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tanınmış kino və teatr aktyoru Halit Akçatepenin vəfatı ilə əlaqədar başsağlığı verib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mətndə deyilir ki, canlandırdığı obrazlar və şəxsiyyəti ilə bütün yaşda olan insanların sevgisini qazanan usta aktyor hər zaman sevgi və ehtiramla yad ediləcək: "Mərhuma Allahdan rəhmət, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verirəm”.

Eyni zamanda, məktubda prezidentin aktyorun ölümündən dərin kədər hissi keçirdiyi əks olunub. 

Qeyd edək ki, H.Akçatepe ötən gün 79 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb damar tıxanması olub.

Xatırladaq ki, H.Akçatepe 1938-ci il yanvarın 1-də Ünyedə dünyaya gəlib. Aktyor "Tatlı Dilim" filmi ilə tanınıb. Ona şöhrət gətirən isə rol aldığı "Hababam Sınıfı" filmi olub. H.Akçatepe ekran əsərində "Güdük Necmi" obrazını canlandırıb. O, daha çox Kemal Sunal ilə birlikdə rol aldığı filmləri ilə yaddaşlarda qalıb.

Son xəbərlər

Orphus sistemi