Yuxarı

“ƏN Yeni İl” konsertində çıxış edəcək müğənnilərlə imzalanan müqavilənin əsas şərti açıqlanıb

“ƏN Yeni İl” konsertində çıxış edəcək müğənnilərlə imzalanan müqavilənin əsas şərti açıqlanıb
Bununla bağlı bütün müğənnilərlə müqavilə imzalanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda keçiriləcək “ƏN Yeni İl” adlı konsertdə çıxış edəcək ifaçılar həmin gün başqa məkanlarda səhnəyə çıxa bilməzlər.

Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, bununla bağlı konsertdə çıxış edəcək bütün müğənnilərlə müqavilə imzalanıb.

Onun sözlərinə görə, bəzi restoranların reklamlarında “ƏN Yeni İl” adlı konsertdə çıxış edəcək müğənnilərin yeni il gecəsi onların məkanlarında da səhnəyə çıxacaqları bildirilir: “Lakin bu mümkün deyil. Çünki bu həmin sənətçilərlə imzalanan müqaviləyə ziddir. Müqaviləyə əsasən, müğənnilər həmin gün eksklüziv olaraq yalnız stadionda çıxış edəcəklər".

C.Mehdiyeva deyib ki, əgər kimsə “ƏN Yeni İl” adlı konsertə bilet almayıbsa iticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən və şəhərin kassalarından biletləri əldə edə bilərlər.

Qeyd edək ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təşkil olunacaq “ƏN Yeni İl” adlı konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory”, “Hell” və Iticket.az saytıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi