"Emmi" mükafatının təqdimatı zamanı qarət baş verib

"Emmi" mükafatının təqdimatı zamanı qarət baş verib Aktrisa həmkarları ilə birlikdə mükafatı almaq üçün səhnəyə qalxan zaman onun pul qabı oğurlanıb
Şou-biznes
19 Sentyabr , 2016 13:55
Emmi mükafatının təqdimatı zamanı qarət baş verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Böyük Britaniyanın məşhur "Şerlok" teleserialının ulduzu olan aktrisa Amanda Abbinqtonu qarət ediblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə "Emmi" mükafatının təqdimatı zamanı baş verib.

Aktrisanın sözlərinə görə, serialdakı həmkarları ilə birlikdə mükafatı almaq üçün səhnəyə çıxan zaman kimsə onun stulun altına qoyduğu pul qabını oğurlayıb. Amanda Abbinqton qarət nəticəsində mobil telefonu və sürücülük vəsiqəsindən məhrum olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 18-də "Emmi" mükafatının 68-ci mövsümünün qaliblərinin adları elan edilib.

Son xəbərlər

Orphus sistemi