​Eminem ölümcül xəstə pərəstişkarını ziyarət edib

​Eminem ölümcül xəstə pərəstişkarını ziyarət edib Qeycin arzuladığı görüş yanvarın 11-də onun Miçiqandakı evində baş tutub
Şou-biznes
14 Yanvar , 2015 07:43
​Eminem ölümcül xəstə pərəstişkarını ziyarət edib
Bakı. 14 yanvar. REPORT.AZ/ Dünya şöhrətli repçi Eminem ən sadiq pərəstişkarlarından birinə baş çəkib.

"Report" xəbər verir ki, Qeyc Qarmo adlı 17 yaşlı gənc ağır xəstədir və həkimlər onun haqqında mənfi proqnozlar verirlər.

Qeycin arzuladığı görüş yanvarın 11-də onun Miçiqandakı evində baş tutub. Bildirilir ki, Eminemin görüşü "mediatamaşa"ya çevirmək istəməməsi səbəbindən, Qarmonu ziyarət haqqında geniş məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi