Yuxarı
    Bağlamaq

    Elton Con xəstəxanaya yerləşdirilib

    Müğənni ABŞ-da bir sıra konsertlərini təxirə salıb© wikipedia

    Bakı. 25 aprel. REPORT.AZ/ Britaniyalı musiqiçi Elton Con virusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilib.

    "Report" NBC-yə istinadən xəbər verir ki, xəstəliyin dəqiq adı açıqlanmır, lakin qeyd olunur ki, musiqiçi Cənubi Amerika turnesi zamanı yoluxduğu "nadir virus infeksiyası" ilə xəstəxanaya düşüb.

    Bildirilir ki, müğənni iki gün reanimasiyada qalıb, daha sonra həkimlərin müşahidəsi altında olub, hazırda isə sağalmağa doğru gedir.

    Həmçinin qeyd olunur ki, britaniyalı rok ifaçısı xəstəlik səbəbindən ABŞ-da bir sıra konsertlərini təxirə salıb.

    Martın 25-də Elton Conun 70 yaşı tamam olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi