“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir - VİDEO

“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir - VİDEO Aksiya dekabrın 1-dək qüvvədə olacaq
Şou-biznes
2 Noyabr , 2016 16:38
“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir - VİDEO

Bakı. 2 noyabr. REPORT.AZ/ Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus” sakinlərin böyük marağını nəzərə alaraq “Əli və Nino” filminə hədiyyəli aksiyanın vaxtını 1 ay uzadıb.

“Report”un xəbərinə görə, dekabrın 1-dək qüvvədə olacaq aksiyanın məqsədi əsas çəkilişləri Gəncə körpüsündə keçmiş “Əli və Nino” filmini sakinlərə pulsuz olaraq nümayiş etməkdir. Aksiya həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir.

Film Azərbaycan dilində nümayiş olunur. Hədiyyə biletlərindən dövlət qulluqçuları (müəllimlər, həkimlər və s.), hərbçilər, tələbələr (təsdiq üçün tələbə biletinin olması vacibdir), 50 yaşdan yuxarı tamaşaçılar və məhdud fiziki imkanlı insanlar yararlana biləcəklər.

Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissoru BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi "Akademi Avard" mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbətindən bəhs edir.

Ekran əsəri 2015-ci ildə çəkilib. Çəkilişlər Bakıda tarixi İçərişəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar çəkiliblər.

Son xəbərlər

Orphus sistemi