Əfsanəvi müğənni məhşur mahnının yarıməsrlik yubileyini qeyd edəcək

Əfsanəvi müğənni məhşur mahnının yarıməsrlik yubileyini qeyd edəcək Pol Makkartni Londonda "Yesterday" mahnısını yenidən səsləndirəcək
Şou-biznes
7 Mart , 2015 16:48
Əfsanəvi müğənni məhşur mahnının yarıməsrlik yubileyini qeyd edəcək

Bakı. 7 mart. REPORT.AZ/ Məşhur britaniyalı müğənni, "The Beatles" qrupunun keçmiş üzvü Pol Makkartni "Yesterday" mahnısının yubileyini qeyd etməyə hazırlaşır.

"Report" xəbər verir ki, məşhur mahnının yaranmasından 50 il ötür. Bu münasibətlə mayda London konsert salonunda Pol Makkartninin konserti keçiriləcək. Yubiley konsertləri Londonda başlayacaq,  Birminqem və Liverpul şəhərində davam edəcək. Pol Makkartni yubiley konsertləri ilə Avropa turnesinə çıxacaq. Avropa turnesi iyulun əvvəlinədək davam edəcək.

Fransa, İsveç, Niderland və Norveçdə baş tutacaq konsertdə "Yesterday" mahnısı dəfələrlə ifa ediləcək. Bu barədə jurnalistlərlə söhbətində Pol Makkartni məlumat verib.

P.Makkartni "Yesterday" mahnısını bəstələdiyi pianinonun hərraca çıxarıldığını da deyib. Liverpulda keçiriləcək hərracda məşhur mahnının bəstələndiyi pianino satılacaq.

Qeyd edək ki, XX əsrin ən məşhur hiti olan mahnı 1965-ci ildə yazılıb və ilk dəfə "Help" albomuna daxil edilib.

72 yaşlı Pol Makkartni konsertin biletlərinin martın 10-dan satışa çıxarılacağını deyib.

Xatırladaq ki, "The Beatles" qrupu ötən əsrin 60-cı illərində yaranıb. Qrupun ilk solistləri Con Lennon, Pol Makkartni, Corc Harrison və Piter Best olub. 1962-ci ildə Piter Bestin yerinə Rinqo Starr gəlib.

P.Makkartni və R.Starr bu günədək yaradıcılıq əlaqələrini davam etdirir və birlikdə konsert proqramı ilə çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi