Əfsanəvi caz müğənnisi Bakıda konsert verəcək

Əfsanəvi caz müğənnisi Bakıda konsert verəcək Bakı. 15 fevral. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində fevralın 17-də caz, bluz və ruhun əfsanəvi müğənnisi Roy Young King of Blues qrupu ilə birlikdə çıxış edəcək.
Şou-biznes
15 Fevral , 2019 11:34
Əfsanəvi caz müğənnisi Bakıda konsert verəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində fevralın 17-də caz, bluz və ruhun əfsanəvi müğənnisi Roy Young "King of Blues" qrupu ilə birlikdə çıxış edəcək.

Mərkəzdən "Report" a verilən məlumata görə, konsert saat 20: 00-da başlayacaq. 

Roy Youngın yaradıcılığı günəşli New Orleans cazının 50-60-cı illərdəki bir çox bluz caz ifaçılarının əsərləri ilə zəngindir. 

O, dünyanın ən yaxşı ifaçılarından böyük James Brown, Ray Charles, Bill Kobham, Billy Sheppard, Johnny Micchel ilə çıxış edib.

Tamaşaçı ilə yaxından ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumoru hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

Bu gün Roy Young yarım əsrdən çox yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm qonaq kimi çıxış edir.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN” xidmət mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi