Əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib

Əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib Musiqiçi evində huşunu itirib və onu özünə gətirmək mümkün olmayıb
Şou-biznes
19 Mart , 2017 02:24
Əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ-da əfsanəvi amerikalı musiqiçi Çak Berri vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, musiqiçi Missuri ştatındakı evində huşunu itirib. Göstərilən cəhdlərə baxmayaraq, Berrini həyata qaytarmaq mümkün olmayıb.

1926-cı ildə doğulan müğənni və gitaraçı Çak Berri rok-n-roll tarixində ən nüfuzlu ifaçılardan biri hesab olunur. O, 1986-cı ildə rok-n-rollun Şöhrət zalına daxil edilən ilk musiqiçilərdəndir. Berri “Rolling Stone” jurnalının versiyasına görə, bütün dövrlərin 100 ən böyük ifaçıları siyahısına daxil edilib və orada 5-ci yeri tutub. O, “Qremmi” mükafatı laureatı idi.

Son xəbərlər

Orphus sistemi