Ebru Gündeş Rza Zərrabla barışıb

Ebru Gündeş Rza Zərrabla barışıb Sənətçi həyat yoldaşı ilə bərabər çəkilmiş şəklini "WhatsApp"da yerləşdirməklə bu xəbəri təsdiqləyib
Şou-biznes
23 Dekabr , 2016 12:58
Ebru Gündeş Rza Zərrabla barışıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Rza Zərrabdan boşanmağa hazırlaşan türkiyəli sənətçi Ebru Gündeş qərarını dəyişdirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, R.Zərrabın cari ilin sentyabrında ABŞ-da həbs edilməsindən sonra bu qərarı alan sənətçinin üç ay sonra həyat yoldaşı ilə əlaqə saxlaması haqqında xəbər yayılıb.

Müğənninin yaxınlarının verdiyi məlumata görə, Ebru Gündeş telefon əlaqəsindən sonra həyat yoldaşı ilə barışıb və boşanmaq fikrini dəyişdirib.

Sənətçi həyat yoldaşı ilə bərabər çəkilmiş şəklini "WhatsApp"da yerləşdirməklə bu xəbəri təsdiqləyib. 

Xəbərdə bildirilib ki, bu yaxınlarda yeni evə köçməyi planlaşdıran ifaçı bu qərardan sonra hazırlıqları da dayandırıb.

Son xəbərlər

Orphus sistemi