Yuxarı

“Disney”in 4DX yayımları dünyada rekorda imza atıb

​“Disney”in 4DX yayımları dünyada rekorda imza atıb

Tamaşaçılar dünyanın öndə gedən kinematoqrafiya şirkətləri 4DX texnologiyasından məmnundur və bu da izləyiciyə unudulmaz anlar yaşadır.

"Report" xəbər verir ki, “Walt Disney” studiyalarının istehsalı “Kral şir”, “Ələddin” və “Malefisenta: Qaranlıq şahzadəsi” filmlərinin 4DX yayımları dünyada böyük uğur qazanaraq rekorda imza atıb.

“Walt Disney” maraqla gözlənilən “Soyuq ürəklər 2” və “Ulduz savaşları: Səma gəzintisi. Zühur” adlı ekran işlərini də 4DX formatında təqdim etməyə hazırlaşır.

“Soyuq ürəklər 2” filmi üçün 4DX-də qışı hiss etməyiniz üçün qar effekti yaradacaq. 4DX yeni torpaqlara olan səyahətinizi real göstərmək üçün yağış, duman, külək və qoxular əlavə olunacaq.

“Ulduz savaşları: Səma gəzintisi. Zühur”da isə hərəkətli kreslolar kosmik gəminin partlayışını təqlid edəcək. 4DX-in fləş işıqları və vibrasiyası şüa qılıncları ilə müharibəni əks etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi