​Di Kaprio Hollivudun ən çox qonorar alan aktyoru olub

​Di Kaprio Hollivudun ən çox qonorar alan aktyoru olub Ona birinciliyi maliyyə fırıldaqçısı roluna görə aldığı qonorar qazandırıb
Şou-biznes
29 Mart , 2015 02:22
​Di Kaprio Hollivudun ən çox qonorar alan aktyoru olub

Bakı. 29 mart. REPORT.AZ/ Leonardo Di Kaprio 2014-cü il ərzində Hollivudun ən yüksək qonorar alan aktyorlar reytinqinə liderlik edib.

"Report" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri yazıb.

O, birinci yeri "Uoll-stritdən olan canavar" filmində oynadığı maliyyə fırıldaqçısı roluna görə aldığı 25 milyon dollar sayəsində tutub.

Di Kaprionun ardınca hər biri oynadığı rola görə 20 milyon dollar alan bir qrup aktyor qərarlaşıb. Bunlar, Kiçik Robert Dauni, Sandra Ballok, Ancelina Coli, Denzel Vaşinqton və Mett Dgymondur.

Aktyor Dueyn Conson "Herkules" filmində aldığı rola görə 15 mln. dollar qazana bilib. Mark Uolberq isə filmə görə 10 mln.- dan 15 mln. dollaradək qonorar alıb.

Son xəbərlər

Orphus sistemi