Devid Bouinin külünün bir hissəsi ABŞ-da keçirilən festivalda havaya sovrulub

Devid Bouinin külünün bir hissəsi ABŞ-da keçirilən festivalda havaya sovrulub Bouinin həyat yoldaşı İman buna razılıq verib
Şou-biznes
12 Sentyabr , 2016 13:49
Devid Bouinin külünün bir hissəsi ABŞ-da keçirilən festivalda havaya sovrulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Mərhum Britaniyalı musiqiçi Devid Bouinin külünün bir hissəsi Nevada ştatında keçirilmiş "Burning Man" festivalında havaya sovrulub.

Bu barədə "Report" "The Daily Mail" qəzetinə istinadən xəbər verir.

Bouinin həyat yoldaşı İman buna razılıq verib.

Məşhur bəstəkar və müğənni Devid Bouin 69 yaşını qeyd etdikdən 2 gün sonra - 2016-cı il yanvarın 10-da vəfat edib. Bir qədər öncə isə onun "Blackstar" adlı albomu işıq üzü görmüşdü. 

Son xəbərlər

Orphus sistemi