Yuxarı

Demet Akalın Azərbaycana gəlməkdən imtina edib

Müğənni 400 min lirəlik təklifi niyə geri çevirib?

Bakı. 27 dekabr. REPORT.AZ/ Tanınmış türk müğənnisi Demet Akalın yeni il gecəsində Azərbaycanda çıxış etməkdən imtina edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı iş adamı tərəfindən müğənniyə yeni il gecəsində çıxış etmək üçün 400 min lirə pul təklif edilib. D.Akalın "qızımı yol tutur" deyərək, uzaq yola çıxmaq istəmədiyini bildirib.

D.Akalın 11 aylıq qızı Hiranı çox sevdiyini və onun üçün bütün təklifləri geri çevirdiyini deyib: "Yeni il gecəsində təkcə İstanbulda səhnəyə çıxacağam. Uzaq yerlərə getmək istəmirəm. Qızımdan ayrı qala bilmirəm, onu özümlə aparanda isə gözə gəlməsindən çox qorxuram. Bəd nəzərə inanan adamam. Ona görə də qızımla birlikdə olmağı istəyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi