“Dalğa Beach-Aquapark Resort”da "Anymood" qrupunun konserti keçiriləcək

“Dalğa Beach-Aquapark Resort”da "Anymood" qrupunun konserti keçiriləcək Avqustun 13-də keçiriləcək konsert proqramı saat 23:00-da etibarən başlayacaq
Şou-biznes
29 İyul , 2016 17:32
“Dalğa Beach-Aquapark Resort”da Anymood qrupunun konserti keçiriləcək

Bakı. 29 iyul. REPORT. AZ/ “Dalğa Beach-Aquapark Resort” istirahət mərkəzinin "Xoxo karaoke club"unda "Anymood" qrupunun konserti keçiriləcək.

“Report”un məlumatına görə, avqustun 13-də keçiriləcək konsert proqramı saat 23:00-da başlayacaq və proqram 2 saat yarım davam edəcək. 

Konsertə giriş biletlərini "Xoxo karaoke club"nun şəhərdəki filialından (ünvan: Səməd Vurğun küçəsi 77) və “Dalğa Beach-Aquapark Resort” istirahət mərkəzinin kassalarından almaq mümkündür. Ayaqüstü biletlərin qiyməti 25 manat, oturaq biletlərin qiyməti 40 manat, VİP biletlərin qiyməti isə 60 manatdır. Həmçinin qonaqlar üçün 6 və 12 nəfərlik masalar da sifariş oluna bilər. 

Qeyd edək ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. 

Xatırladaq ki, bu yay mövsümündə istirahət məkanının dənizkənarı çimərlik zonasına lacivərt yeni qum gətirililib. Bununla da “Dalğa Beach-Aquapark”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb. Bundan başqa, əvvəlki ildən fərqli olaraq, istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib.

Son xəbərlər

Orphus sistemi