Yuxarı

Daha bir məşhur aktyorda koronavirus aşkarlandı

​Daha bir məşhur aktyorda koronavirus aşkarlandı

629

İdris Elba

Britaniyalı aktyor İdris Elbaya koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu aktyor “Twitter” səhifəsində yazıb. 

47 yaşlı aktyor bildirib ki, onda virusun heç bir simptomu olmasa da, martın 16-da onda koronavirus aşkarlanıb. İ.Elba insanları evdən bayıra çıxmamağa və praqmatik olmağa çağırıb.

Qeyd edək ki, İdris Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” triloqiyası (2011, 2013, 2017) kimi filmlərdə qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi