​Corc Kluni qondarma "erməni soyqırımı" ilə bağlı mükafat təsis edib

​Corc Kluni qondarma "erməni soyqırımı" ilə bağlı mükafat təsis edib Laureat 1 milyon dollar məbləğində qrant alacaq
Şou-biznes
12 Mart , 2015 08:51
​Corc Kluni qondarma erməni soyqırımı ilə bağlı mükafat təsis edib

Bakı. 12 mart. REPORT.AZ/ Hollivud aktyoru Corc Kluni erməni diasporunun nümayəndələri ilə birgə qondarma "erməni soyqırımının yüz illiyi" ilə əlaqədar olaraq mükafat təsis edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşrin yazdığına görə, "Aurora Prize" adlanan mükafat digərlərini xilas etmək naminə özlərini riskə atan insanlara veriləcək. Laureat 1 milyon dollar məbləğində qrant alacaq.

Mükafatın yaradılmasına Corc Kluni ilə yanaşı erməni iş adamı Ruben Vardanyan və aktyor Don Çidl, Mett Deymon və Bred Pitt tərəfindən əsası qoyulan "Not On Our Watch" təşkilatı da təşəbbüs göstərib.

Son xəbərlər

Orphus sistemi