Yuxarı

Corc Kluni İraqdan olan qaçqına sığınacaq verib

Corc Kluni İraqdan olan qaçqına sığınacaq verib
Hazırda iraqlı tələbədir və Çikaqo Universitetində uğurla təhsil alır

Bakı. 7 sentyabr. REPORT.AZ/ Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal malikanələrində İraqdan olan yezidi qaçqına sığınacaq veriblər.

"Report" "Hollywood Reporter"ə istinadən xəbər verir ki, iraqlı qaçqın onların Kentukki ştatındakı Oqasta şəhərində yerləşən evinə yerləşib.

Sığınacaq alan şəxs İraqın şimalındakı Mosul şəhərinə gedərkən İŞİD yaraqlıları tərəfindən avtobusa hücum edilib. Qaçqın möcüzəli şəkildə oradan sağ çıxmağı və ABŞ-a gəlməyi, müvafiq orqanların bütün yoxlamalarından keçməyi bacarıb.

Hazırda iraqlı tələbədir və Çikaqo Universitetində uğurla təhsil alır.

Qeyd edək ki, C.Kluni ictimaiyyətə təkcə yaxşı aktyor kimi yox, həm də xeyriyyəçiliyi ilə tanınır. Bu yaxınlarda onun həyat yoldaşı ABŞ-ın "Southern Poverty Law Center" hüquq müdafiə təşkilatına bir milyon dollar məbləğində qrant ayırmağı planlaşdırdığını açıqlayıb. Ailənin planlarına həmçinin qaçqınlara təhsil alması, yerləşdirilməsi və digər məqsədlər üçün 20 milyon dollar sərmayə yatırmaq da daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi