Yuxarı

"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb

"Cirque du Soleil" aktrisası çıxışı zamanı yüksəklikdən yıxılıb
35 yaşlı hava gimnastı Liza Skinner üç dəfə Avstraliyanın adından Olimpiya Oyunlarında iştirak edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Əfsanəvi "Günəş sirki"nin (Cirque du Soleil) aktrisası Liza Skinner Avstraliyanın Brisben şəhərində keçirilən "Kooza" şousunda çıxışı zamanı yüksəklikdən yıxılıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisədən dərhal sonra olay yerinə tibb işçiləri gəlib, L.Skinneri xəstəxanaya aparıblar.

Qeyd edək ki, 35 yaşlı hava gimnastı üç dəfə Avstraliyanın adından Olimpiya Oyunlarında iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi