Yuxarı

“CinemaPlus” yeni “Diet Popcorn” məhsulunun satışına başlayır

“CinemaPlus” yeni “Diet Popcorn” məhsulunun satışına başlayır

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq “CinemaPlus” premium kinoteatrlar şəbəkəsi aparıcı amerikan istehsalçılarından olan yeniliyi - “Diet Popcorn” məhsulunu təklif edir. 

"Report"un məlumatına görə, yalnız “CinemaPlus”da çox az miqdarda duz, qənd və yağı olan hər kəs üçün faydalı “Diet Popcorn”u dadmaq olar.

Popkorn protein, fosfor, dəmir və silisiumla zəngindir. Lakin ən başlıca üstünlüyü isə onun tərkibində çoxlu sayda sellülozanın olmasıdır.

Yeni “Diet Popcorn”un hazırlanması üçün “CinemaPlus” kinoteatrına Amerikadan mütəxəssislər dəvət olunub. Onlar yüksək keyfiyyət standartlarına uyğun olaraq yeni resepti təqdim edib və təlim keçiblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi